Qısa vaxt ərzində Ağdaş Özəl Türk Liseyinin pedaqoji kollektivi rayon və bölgə əhalisinin rəğbətini qazana bilmişdir. Səbəb – kollektivin nə iş gördüyünü, nə üçün fədakarlıq etdiyini dərk edərək əzmlə, sevərək çalışmasıdir. Azərbaycanın bu gününə və gələcəyinə sədaqətlə xidmət edən və əsil insan yetişdirməyi qarşısına məqsəd qoyan pedaqoji kollektiv Ağdaş Özəl Türk Liseyinin simasında bölgədə müasir məktəb təsəvvürünü oyada bilmiş və bir sıra sahələrdə nümunə meyarı ola bilmişdir. Burada şagirdlər ən müasir təlim şəraiti və vasitələri ilə, lazım olan hər cür iaşə, kommunal, məişət, tibbi-sağlamlıq, mədəni xidmətlərlə təmin olunmuşlar.
Liseyin şagirdlərinin Respublika və Beynəlxalq olimpiadalarda, ali məktəblərə qəbul imtahanlarında qazandığı yüksək nailiyyətlər rayon rəhbərliyi, bölgənin ictimaiyyatı və valideyinlər tərəfindən təqdirlə qarşılanır.